Bayden İngiltərə və Danimarka baş nazirləri ilə F-16-ların tədarükünü müzakirə edəcək

 20:29 02.06.2023     262

ABŞ prezidenti Co Bayden gələn həftə Britaniya və Danimarka baş nazirləri ilə görüşlərdə Ukraynanın uzunmüddətli təhlükəsizlik ehtiyaclarını, o cümlədən F-16 təchizatını müzakirə edəcək.

Redaktor.az xəbər verir ki, bunu cümə günü Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.

"Əlbəttə, bizi maraqlandıran və prezidentin bu təmaslar zamanı fikirlərini bildirmək istədiyi mövzulardan biri də Ukraynanın uzunmüddətli təhlükəsizlik ehtiyaclarıdır. Bu baxımdan söhbət F-16-dan gedir"- o əlavə edib.

Tunar Altunbay