ABŞ və Ukraynanın müdafiə nazirləri Sinqapurda görüşdü

 22:15 02.06.2023     276

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və Pentaqonun rəhbəri Lloyd Ostin Sinqapurda Şanqri-La dialoqu təhlükəsizlik konfransı çərçivəsində görüşüb.

Bu barədə Redaktor.az TASS-a istinadən xəbər verir.

Görüşdən sonra Reznikov öz tviter səhifəsində Ukrayna ilə ABŞ arasında tərəfdaşlığın güclü olduğunu yazıb, həmçinin birgə işlərin davam etdiriləcəyini bildirib.