Hindistanda qatarlar toqquşdu - Onlarla ölən və yaralananlar var

 22:38 02.06.2023     306

Hindistanın Odişa əyalətində qatar və yük qatarının toqquşması nəticəsində sərnişin ekspressinin 8 vaqonu relsdən çıxıb.

Redaktor.az xəbər verir ki, qəza yerli vaxtla saat 19:20 radələrində Bahanaga Bazaar stansiyası yaxınlığında baş verib.

Nəşrin məlumatına görə, hadisə nəticəsində azı 50 nəfərin ölüb, 179 nəfər yaralanıb.