Ukrayna və ABŞ arasında F-16 müzakirəsi

 12:47 03.06.2023     391

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı F-16-ların Ukraynaya tədarükü, həmçinin pilotların təlimi müzakirə edilib.

Yermak döyüş meydanındakı son durum barədə Sallivana məlumat verib.