Oteldə ofisiantı döyən rəis həbs edildi

 12:51 03.06.2023     464

16 yaşlı restoran işçisini döyən Ermənistanın Dilican şəhərinin cinayət axtarış şöbəsinin rəisi Arsen Qaytmazyan iki ay müddətinə həbs edilib.

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb və məhkəmənin ibtidai istintaq orqanının vəsatətini təmin etdiyini bildirib.

Qeyd edilib ki, Arsen Qaytmazyan bir gün əvvəl həbs edilib.

Xatırladaq ki, ArmLur.am saytı Ermənistan Daxili İşlər Nazirliyinin Tavuş vilayətinin Dilican şəhərinin cinayət axtarış idarəsinin rəisinin otellərin birində 16 yaşlı uşağı döydüyü videonu dərc edib. Polisin Haghartsin mehmanxana kompleksinə necə girdiyini və otaq sifariş etdiyini görmək olar. Ofisiant deyir ki, sifariş edilən otağın pulunu ödəməlisən, bundan sonra aralarında məbləğ üstündə mübahisə yaranır və bu zaman cinayət axtarış şöbəsinin rəisi ofisiantı döyür.

Turan İSMAYIL