Zelenski Qərbdən 50 "Patriot" batareyası istədi

 13:39 03.06.2023     288

Ukraynanın təcili 50 "Patriot" raketdən müdafiə sisteminə ehtiyacı var.

Redaktor.az xəbər verir ki, bu sözləri şənbə günü Ukrayna prezidenti Volodimir Zelenski “The Wall Street Journal”ına müsahibəsində deyib:

“İndi iki "Patriot" batareyası Kiyevə təhvil verilib və ümumilikdə beş batareya vəd edilib".

 Zelenskinin əlavə edib ki, Ukrayna əks-hücum üçün raketlərə ehtiyac duyur.

"Göydə idarə olunmayan istənilən əks-hücum çox təhlükəlidir. Təsəvvür edin ki, hərbçi anlayır ki, onun damı yoxdur. O isə başa düşmür ki, nə üçün qonşu ölkələrdə bu var",- prezident deyib.

Bir gün əvvəl Zelenski nəinki kifayət qədər “Patriot”, hətta onlar üçün raket ala bilməməsindən şikayətlənib.

Onun sözlərinə görə, bu sistemləri Kiyevə ötürmək üzrə Avropa “koalisiyası” formalaşmanın ilkin mərhələsindədir.

Eyni zamanda prezident etiraf edib ki, “koalisiyaya” qoşulmağa razılıq vermiş bəzi ölkələrdə bu komplekslər ümumiyyətlə yoxdur.

Tunar Altunbay