"Rusiyada üsyan və hərbi qarşıdurma gözlənilir" - Ukrayna kəşfiyyatı

 16:02 03.06.2023     229

“Rusiyada üsyan və hərbi qarşıdurma başlaya bilər”.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.

O qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələrinin uğurlu əməliyyatları fonunda Moskvada daxili münaqişələrin yaranması mümkündür.

A.Yusovun sözlərinə görə “Rusiya Könüllülər Korpusu” və “Rusiyanın Azadlığı” legionunun könüllülərinin fəaliyyəti uğurla davam edir.