Paşinyan Türkiyədədir - VİDEO

 19:48 03.06.2023     409

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gəlib.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla bildirir ki, Paşinyanı Türkiyə səfərində parlamentin vitse-spikeri, Ankara ilə münasibətlərin normallaşdırılması prosesində İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Ermənistanın Baş nazirini hava limanında Türkiyənin Ermənistanla dialoq üzrə xüsusi nümayəndəsi Serdar Kılıç qarşılayıb.

Vumart və Güvən reklamı Vumart Güvən