Türkiyədə yenə güclü zəlzələ oldu
Türkiyənin Sivasın Ulaş rayonunda zəlzələ baş verib.
Redaktor.az yerli mətbuata istinadla bildirir ki, bu haqda AFAD məlumat yayıb.
Belə ki, yerli vaxtla 18:07-də (Bakı vaxtilə 19.02) 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 7 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.