Paşinyan Türkiyədə diqqətdən kənarda qaldı

 21:28 03.06.2023     298

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentlik səlahiyyətlərinin icrasına başlama mərasimində çıxış edərkən digər ölkələrdən qonaq gələn prezidentləri və hökumət başçılarını adbaad salamlasa da, Nikol Paşinyanın ismini çəkməyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, R.T.Ərdoğan bir sıra ölkələrin, o cümlədən Azərbaycan, Bolqarıstan, Venesuela, Qazaxıstan, Qırğızıstan, Pakistan və Özbəkistanın prezidentləri və hökumət başçılarını, NATO-nun baş katibi Yens Stoltenberqi salamlayaraq, tədbirə qatılan yüksək vəzifəli qonaqlara minnətdarlığını ərz edib.

Türkiyə Prezidenti əlavə edib ki, mərasimdən sonra təşkil ediləcək təntənəli şam yeməyində bütün ölkələrin rəhbərləri ilə ayrı-ayrılıqda söhbət etmək imkanı olacaq.