İngilis kəşfiyyatı Baxmutda “Vaqner”in çıxışından sonrakı vəziyyəti açıqladı
Ukraynanın Baxmut şəhərindən “Vaqner” qrupu bölmələrinin geri çəkilməsindən sonra bölgədə rusiyalı desantların mövcudluğu artır.
Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı 3 iyun tarixli kəşfiyyat icmalında deyilir.
Bildirilir ki, “Vaqnerçilər” döyüş bölgəsindən geri çəkildikcə, orada getdikcə daha çox Rusiya ordusunun nizami hissələri, o cümlədən desantlar peyda olmağa başlayırlar.
“Rusiya Hərbi Hava Qüvvələri Baxmutda getdikcə əhəmiyyətli rol oynamağa başlayır. Hazırda bölgəyə 76-cı və 106-cı diviziyaların bölmələri və əlavə iki ayrı hava-desant briqadası yerləşdirilib”, - deyə icmalda qeyd edilir (oxu.az).