Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqladı - VİDEO

 23:28 03.06.2023     416

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısı mətbuat konfransında bildirib.

Belə ki, yeni kabinetə ədliyyə naziri Yılmaz Tunc, ailə və sosial təminat naziri Mahinur Özdemir Göktaş, gənclər və idman naziri Osman Aşkın Bak, energetika naziri Alparslan Bayraktar, müdafiə naziri Yaşar Gülər, daxili işlər naziri Ali Yerlikaya, xarici işlər naziri Hakan Fidan, maliyyə və xəzinə naziri Mehmet Şimşək, səhiyyə naziri Fahrettin Koca, sənaye naziri Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşə naziri İbrahim Kumaklu, mədəniyyət və turizim naziri Mehmet Ersoy, ticarət naziri Ömer Bolat, təhsil naziri Yusuf Tekin təyin olunublar.