Türkiyədə güclü zəlzələ oldu

 03:34 04.06.2023     798

Türkiyənin Diyarbəkir şəhərinin Çüngüş rayonunda 4,2 maqnitudalı zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri 7 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 02:25-də qeydə alınıb.

Qeyd edək ki, bu, Türkiyədə son bir həftədə qeydə alınan ən güclü yeraltı təkanlardır.