Ukraynada işğalçıların canlı itkisi 210 min nəfərə çatıb

 14:44 04.06.2023     416

Ukrayna müdafiəçiləri son gün ərzində düşmənin daha 470 canlı qüvvəsini məhv ediblər. Bununla da tammiqyaslı hücum başlayandan bu günə kimi Rusiya 210 minə yaxın hərbçi itirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbukda məlumat yayıb.

Qeyd edilir ki, Rusiya Silahlı Qüvvələrinin 4 iyun tarixinə ümumi döyüş itkiləri təxminən belədir:

Şəxsi heyət - təxminən 209 940 (+470) nəfər;

- tanklar – 3 837 (+8) ədəd;

- zirehli döyüş maşınları – 7 512 (+10) ədəd;

- artilleriya sistemləri – 3 555 (+22) ədəd;

- MLRS (reaktiv yaylım atəş sistemləri) 583 (+1) vahid;

- hava hücumundan müdafiə sistemləri - 344 (+2) ədəd;

- təyyarə - 313 ədəd;

- helikopterlər - 298 ədəd və s.