Türkiyənin xüsusi təyinatlı taboru Kosovoya gəldi - VİDEO

 19:04 04.06.2023     426

Türkiyə Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başladığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunub ki, hərbçilər NATO-nun müraciəti əsasında göndərilib.

“Baş verən hadisələrdən sonra bölgədə yerləşən 65-ci motoatıcı briqadamızın xüsusi təyinatlı batalyonu Kosovoya yerləşdirilməyə başlayıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Müdafiə Nazirliyi Ankaranın NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılardan ibarət batalyon göndərəcəyi barədə məlumat yaymışdı.