Serbiya Prezidenti hər gün 200 ölüm təhdidi alır

 20:20 04.06.2023     349

Serbiya prezidenti Aleksandr Vuçiç hər gün 200 ölüm təhdidi aldığını, lakin onun dövlət başçısı kimi işinin “bu iyrəncliyə dözmək” olduğunu deyib.

Redaktor.az xəbər verir ki, bu barərə "Sputnik" məlumat yayıb.

Qeyd edək ki, Serbiyada 4 iyun Daxili İşlər Nazirliyi və Polis Günü kimi qeyd olunur. Dövlət başçısı daxili işlər naziri Bratislav Qasiçlə birlikdə Daxili İşlər Nazirliyinin yeni komanda-əməliyyat mərkəzinə baxış keçirib. Polis idarəsinin təhsil müəssisələrinin məzunları dövlət başçısı və nazirin qarşısında and içib, sonra il ərzində fərqlənmiş əməkdaşların mükafatlandırılması olub.

"Kənardan kiminsə gətirdiyi yalandan bezmişəm. Bu illər ərzində dəfələrlə ölümlə təhduid edilmişəm.Mənim işim belə iyrənc şeylərə dözməkdir. Mən Respublikanın prezidenti və mənim işim ölüm təhdidlərinə dözməkdir. Prezident olanda dözməyi öyrənməlisən",- Vuçiç brifinqdə deyib.

Tunar Altunbay