Məşhəddə güclü yanğın: Şəhəri tüstü bürüdü

 22:04 04.06.2023     381

İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində güclü yanğın baş verib.

Redaktor.az xəbər verir ki, yanğının tüstüsü bütün şəhəri bürüyüb.

Alov şəhərin kənarında yerləşən məişət texnikası anbarlarından birinin ərazisində qeydə alınıb.

Hadisənin səbəbləri araşdırılır (oxu.az).