Çində qaya uçqunu nəticəsində 19 nəfər öldü

 09:15 05.06.2023     249

Çinin Leşan şəhərində qaya uçqunu nəticəsində 19 nəfər ölüb, daha 5 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində ferma dağıntılar altında qalıb.

Xilasetmə əməliyyatı iyunun 4-ü axşam saatlarında başa çatıb. Daha əvvəl ən azı 14 nəfərin öldüyü bildirilirdi.