"Ukrayna "böyük güzəştlərə" məcbur edilməlidir" - ABŞ prezidentliyinə namizəd

 09:30 05.06.2023     365

Respublikaçılar Partiyasından prezidentliyə namizədi Vivek Ramasvami deyib ki, Ukrayna “böyük güzəştlərə” getməli və diqqətini Çinlə qarşıdurmaya yönəltməlidir.

Redaktor.az "UNİAN"a istinadla bildirir ki, ABC telekanalında o, Ukraynaya hərbi dəstəyin Pekinlə münasibətlərdən daha az vacib məqsəd olduğunu bildirib.

"Məncə, hazırda ABŞ ordusu üçün 1 nömrəli təhlükə, bizim əsas hərbi təhdidimiz Çin-Rusiya ittifaqıdır. Düşünürəm ki, Ukraynanı silahlandırmaqda davam etməklə biz Rusiyanı Çinin əlinə sıxışdırmış oluruq",- Ramasvami qeyd edib.

Onun sözlərinə görə, Putin Çinlə ittifaqı pozarsa, bu müharibəyə son qoyacaq:

“Bizim etməli olduğumuz şey Rusiyaya ciddi güzəştlər etməklə, Ukraynadakı müharibəni dinc şərtlərlə dayandırmaqdır, o cümlədən Koreya müharibəsi tipli atəşkəs sazişində mövcud nəzarət xətlərinin dondurulmasıdır... Amma Ukrayna bunu etmək istəməz”,- o deyib.

Prezidentliyə nazmizəd onu da əlavə edib ki, Rusiyaya Ukraynanı NATO-ya buraxmamaq üçün daimi öhdəlik vermək lazımdır.

“Ancaq bunun müqabilində Rusiya Çinlə bağladığı müqavilədən və müştərək hərbi sazişdən çıxmalıdır”,- o əlavə edib və ABŞ-ın eyni vaxtda iki nüvə fövqəldövləti ilə münaqişədə olmaq istəməyəcəyini bildirib.

Tunar Altunbay