Ruslar Baxmutdan geri çəkilən “Vaqner”çilərə hücum etdi

 10:13 05.06.2023     469

“Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin bildirib ki, mayın 17-də onun silahlıları Baxmutdan geri çəkilərkən Rusiya nizami ordusunun hərbçiləri tərəfindən hücuma məruz qalıb.

Redaktor.az bildririr ki, bu barədə "RBC-Ukrayna" Priqojinin mətbuat xidmətinin dərc etdiyi hesabata istinadən xəbər verir.

“Vaqner”in rəhbəri yazır ki, muzdlular Poprosnoye və Ozaryanovka kəndləri yaxınlığında hərəkət edərkən, vaqnerlilərin arxa tərəfindəki yollardan yan keçən rus hərbçilərini görüblər.

"İstehkamçılar ora getdilər, lakin minalardan təmizləmə zamanı onlara “Rusiya Müdafiə Nazirliyinin mövqelərindən atəş açıblar. Buna cavab olaraq silahlılar təhlükənin aradan qaldırılması və saxlanması üçün tədbirlər görüblər”,- Priqojin deyib.

Daha sonra 72-ci ayrı-ayrı motoatıcı briqadanın komandiri podpolkovnikinin dindirilməsi dərc edilib. O, şəxsi səbəblərdənən “Vaqner”çilərə atəş açmağa başladığını iddia edib.

Tunar Altunbay