Qırğızıstanda dövlət çevrilişi hazırlaşanlar saxlanıldı

 12:28 05.06.2023     262

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən şəxslərin kütləvi saxlanmasını həyata keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə yerli KİV-lər mənbələrə istinadən məlumat yayıb.

Həmin şəxslərin hakimiyyəti zorla ələ keçirməyi planlaşdırdığı bildirilir.

Saxlanılanların adları, həmçinin, onların hansı siyasətçilərlə əlaqəli ola biləcəyi açıqlanmır.