Britaniya kralı tələbələri fermasında işə dəvət etdi

 17:56 05.06.2023     363

Britaniya kralı III Çarlz Sandrinqam malikanəsindəki fermada işləmək istəyən tələbələrə "yüksək keyfiyyətli mənzil" və "rəqabətli əmək haqqı" təklif edir.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Vakansiyalar üçün müraciət edənlər həftədə 39 saat işləməyə hazır olmalıdırlar.

"Unikal" işə traktor sürmək, taxıl siloslarının saxlanması və istismarı, becərilməsi, mal-qaranın idarə edilməsi və şimal Norfolkdakı 8000 hektarlıq ərazidə obyektlərin qorunbması daxildir.

Sandrinqam əmlak saytındakı elanlara görə, müvəqqəti işçilər bu ayın sonundan oktyabr ayına qədər qəbul ediləcək.

Elanda deyilir: “"Sandrinqam Farm" fermerlərə 2023-cü ildə məhsul yığmağa kömək etmək üçün tələbələr axtarır. İş maraqlı və unikal mühitdə müasir avadanlıqların istifadəsini əhatə edəcək. 2400 hektar ərazidə buğda, arpa, yulaf və lobya kimi məhsullar becərilir, növbəli əkinçilikdə iribuynuzlu mal-qara və qoyun-keçi üçün yonca yetişdirilir”.

Tunar Altunbay