Paşinyanın oğlunu oğurlayan qadın həbs edildi

 18:40 05.06.2023     338

İyunun 5-də Yerevanın Ümumi Yurisdiksiya Məhkəməsi Manvel Şahverdyanın sədrliyi ilə baş nazir Nikol Paşinyanın oğlu Aşotun oğurlanması işi üzrə təqsirləndirilən şəxsə qarşı ev dustaqlığını ləğv edib və  Qayane Martirosyanın həbsinə qərar verib.

Redaktor.az "news.am"a iatinadla xəbər verir ki, Qayane Martirosyanın oğlu 44 günlük müharibədə ölüb.

Qadının həbs müddəti 1 ay 15 gündür.

Tunar Altunbay