ABŞ-dan Rusiyaya yeni SANKSİYALAR

 19:30 05.06.2023     318

Amerika Birləşmiş Ştatlar məhdudlaşdırıcı siyahılara yeddi fiziki və bir hüquqi şəxs əlavə etməklə Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Svetlana Boyko, Vasili Qromovikov, Qleb Xloponin, Aleksey Losev, Anna Travnikova, Yuri Makolov və Konstantin Sapojnikov sanksiyalara düşüb.

Bundan başqa Kaluqadakı Perko Julleuchter saxsı sexinə də sanksiyalar tətbiq edilib.

Sanksiya siyahılarına daxil edilməsinin əsasları hələ ki, açıqlanmayıb.

May ayında ABŞ Ticarət Departamenti kağız, tekstil, avadanlıq, nəqliyyat və tikinti materialları da daxil olmaqla 1,2 mindən çox məhsula təsir edəcək yeni anti-Rusiya ixrac məhdudiyyətlərinin tətbiqini elan edib.

Tunar Altunbay