Mayk Pens ABŞ prezidentliyinə namizədliyini irəli sürdü

 20:04 05.06.2023     350

Donald Trampın dövründə ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens 2024-cü ilin noyabrında ölkədə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim edib.

Redaktor.az xəbər verir ki, müvafiq məlumat bazar ertəsi ABŞ Federal Seçki Komissiyasının saytında dərc olunub.

Pens Respublikaçılar Partiyasını təmsil edir.

O, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün keçmiş prezident Donald Trampla yarışacaq.

Tunar Altunbay