Ukrayna hərbçiləri Baxmutda irəliləyib - FOTO

 21:43 05.06.2023     234

Ukraynalı müdafiəçilər Baxmut istiqamətində müxtəlif istiqamətlərdə irəliləyiblər. Bəzi yerlərdə 1600 metrə qədər ərazini rus işğalçılarından geri qaytarıblar.

Redaktor.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" telemarafonun efirində müdafiə nazirinin müavini Anna Malyar məlumat yayıb.

Украинские военные продвинулись до 1600 метров под Бахмутом, - Маляр

O qeyd edib ki, həmin gün ukraynalı döyüşçülər Baxmut istiqamətində uğur qazanırlar.

Malyar bildirib ki, Ukraynanın "Xortitsa" Əməliyyat-Strateji Qüvvələr Qrupunun qoşunları şərq cəbhəsində hücum əməliyyatları həyata keçirir.

Belə ki, rusların sərt müqavimətinə və öz xətlərini və mövqelərini saxlamaq cəhdlərinə baxmayaraq, döyüşlərin gedişində ukraynalılar bir neçə istiqamətdə irəliləyib.

"Hərbi əməliyyatların aparılması zamanı biz Orexovo-Vasilevka və Paraskoveevka istiqamətində 200 metrdən 1600 metrə qədər irəlilədik. Bunlar müxtəlif istiqamətlərdədir. İvanovskoye - Klesçievka istiqamətində 100 metrdən 700 metrə qədər irəliləyişimiz var. Bununla belə, döyüşlər davam edir”,- deyə nazir müavini əlavə edib.

Tunar Altunbay