Avropa Komissiyası Ukrayna taxılına qoyulan qadağanı uzatdı

 22:13 05.06.2023     206

Avropa Komissiyası Ukraynadan beş qonşu ölkəyə taxıl idxalına qoyulan qadağanı sentyabrın 15-dək uzadıb.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu Polşanın kənd təsərrüfatı və kənd inkişafı naziri Robert Telus deyib.

“Hələ təsdiqlənməyib və dərc olunmayıb, lakin bizdə artıq məlumat var ki, Avropa Komissiyası taxıl idxalına qadağanı sentyabrın 15-dək uzadıb. Bu, çox yaxşı məlumatdır”, - nazir bildirib.

Mayın sonunda Avropa Komissiyası Ukrayna məhsullarının Aİ-yə rüsumsuz idxalından zərər çəkmiş kənd təsərrüfatı istehsalçılarına dəstək məqsədilə Polşaya 1 milyard avro vəsaitin ayrılmasını təsdiqləyib.

Bundan əvvəl AK Ukraynadan 5 Şərqi Avropa ölkəsinə: Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya taxıl ixracına iyunun 5-dək qadağa qoyub.

Tunar Altunbay