Ukraynalı pilotlar Britaniyaya təlimə göndərildi

 23:42 05.06.2023     241

Ukraynalı pilotların ilk qrupu artıq təlim keçmək üçün Britaniyaya göndərilib.

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşdən sonra deyib.

 

“Sarsılmaz dəstəyinizə görə təşəkkür edirik. İlk qruplar artıq Britaniyaya göndərilib”, - o, Telegram kanalında yazıb.