Zelenski fövqəladə iclas keçirəcək

 09:34 06.06.2023     301

Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovka SES-dəki vəziyyətlə əlaqədar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasını keçirəcək.

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Oleksiy Danilov öz feysbuk səhifəsində bildirib.

Məlumata görə, bu təşəbbüs Kaxovka SES-də baş vermiş ziyanla bağlıdır. 

Qeyd edək ki, Ukraynanın "Cənub" operativ komandanlığı Rusiyanın SES-i partlatdığını açıqlayıb.

Həmidə İBRAHİMLİ