Rusiyada bu içkidən 18 nəfər öldü

 14:13 06.06.2023     341

Rusiyanın Ulyanovsk vilayətində 51 nəfər spirtli içkidən zəhərlənib, onlardan 18-i vəfat edib.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, zəhərlənmə halları iyunun 4-dən 6-dək aşkarlanıb.

Ulyanovsk vilayətinin səhiyyə naziri vəzifəsini icra edən Olesya Kolotik-Kameneva bildirib ki, zəhərlənmiş insanların müalicəsi üçün bölgədə 88 çarpayı yerləşdirilib.

"Hazırda zərərçəkənlərin vəziyyəti ağır və orta ağırdır. Vəziyyəti nəzarətdə saxlayırıq. Həkimlərin koordinasiyalı işi sayəsində bir sıra xəstələrdə müsbət dinamika müşahidə olunur".

İstintaqın məlumatına görə, zəhərlənənlər Samara vilayətində istehsal olunan az alkoqollu “Mister Cider” içkisini içiblər. İçki istehsal edən sahibkar saxlanılıb. Hazırda cinayət işi üzrə araşdırma aparılır.

Həmidə İBRAHİMLİ