NATO Ukraynaya yardımı artırmağı planlaşdırır - Baş katib
NATO üzvü olan ölkələr təşkilatın iyulda Vilnüsdə keçiriləcək sammitində Ukraynaya yardımı gücləndirməyi planlaşdırırlar.
Redaktor.az "Komsomolskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, NATO-nun qəbul etdiyi qərarlar əhəmiyyətli olacaq.
"Biz Ukrayna qüvvələrini NATO standartlarına köçürməyə və Ukraynanı NATO-ya yaxınlaşdırmağa imkan verəcək çoxtərəfli paketlə Ukraynaya yardımı gücləndirəcəyik", - Stoltenberq Bratislavada keçirilən Buxarest Nine sammitində deyib.
Turan İSMAYIL