Qırğızıstanda dövlət çevrilişiə hazirlaşanlar belə ələ keçdi - VİDEO

 16:51 06.06.2023     272

Qırğızıstanda dövlət çevrilişinin qarşısının alınması əməliyyatı çərçivəsində 30-dan çox şəxs saxlanılıb.

Redaktor.az "NEWS.ru"ya istinadla bildirir ki, bu barədə məlumatı Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Mətbuat Xidməti verib.

Ümumilikdə, kəşfiyyat xidmətinin məlumatına görə, qrupa yüzdən çox adam daxil olub.

Saxlanılanlar ölkədə kütləvi etiraz aksiyaları və genişmiqyaslı iğtişaşlar keçirmək, ardınca hakimiyyətin zorakılıqla ələ keçirilməsi üçün bir il ərzində yeraltı hazırlıqlar aparmaqda şübhəli bilinirlər. Hakimiyyət sui-qəsdçilərin xaricdən maliyyələşdiyini də iddia edir.

Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildiriblər ki, əsas təşkilatçı “Eldik Keneş” siyasi partiyasının sədri Roza Nurmatovadır. O, 2021-ci ildə ölkənin hazırkı Prezidenti Sadır Japarovun tərəfdarlarının qərargahına rəhbərlik edib.