Paşinyanla Toivo Klaar Bakı ilə münasibətlərin normallaşdırılmasını müzakirə etdi

 17:15 06.06.2023     250

Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqının Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

Redaktor.az "NEWS.am"a istinadla xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Həmsöhbətlər Brüssel və Kişinyovda keçirilən üçtərəfli və beştərəfli görüşlərdə əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər. Baş nazir Paşinyan onların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, yaranmış humanitar böhranı xatırladıb.",- deyə məlumatda qeyd edilib.

Baş nazir mövcud əsas məsələlərin həllinə Ermənistan tərəfinin yanaşmalarını təqdim edib.

Tunar ALTUNBAY