Şimali Koreya konsulunun ailəsi Rusiyada itkin düşüb?

 18:09 06.06.2023     285

Şimali Koreyanın (KXDR) Rusiyadakı baş konsulunun Vladivostokda itkin düşdüyü deyilən arvadı və oğlu sağ-salamatdır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, KİV-də bu barədə yanlış məlumat dərc olunub.

Bundan əvvəl Vladivostokda bir qadın və bir yeniyetmənin Şimali Koreya konsulluğundan çıxdıqdan sonra yoxa çıxdığı bildirilirdi.

Bir sıra KİV itkin düşənlərin KXDR-in Vladivostokdakı baş konsulunun qohumları olduğunu iddia edib.

“KXDR-in Vladivostokdakı baş konsulunun həyat yoldaşı və oğlunun vəziyyəti yaxşıdır, onlar yoxa çıxmayıb. Mediada yanlış məlumatlar var”, - mənbə bildirib.

Tunar Altunbay