Şahzadə Harri ABŞ-dan deportasiya edilə bilər

 18:41 06.06.2023     325

Britaniya şahzadə Harri ABŞ-dan deportasiya oluna və ölkəyə girişinə qadağa qoyula bilər.

Redaktor.az "NEWS.ru."ya istinadla xəbər verir ki, buna səbəb Kral III Çarlzın oğlu öz xatirələrində narkotikdən istifadə etdiyini etiraf edib.

ABŞ qanunlarına görə, o, bu barədə məlumat verməli və bədəndə qadağan olunmuş maddələrin olub-olmaması üçün testlər aparmalı idi.

Bunun Şahzadə Harrinin həyat yoldaşı və uşaqları ilə Kaliforniyaya köçməsindən əvvəl baş verməsinə baxmayaraq, o, hələ də ABŞ-da yaşamaq hüququnu itirə bilər.

İş üzrə ilk dinləmə iyunun 6-da Kolumbiya dairəsi üzrə federal məhkəmədə keçiriləcək. 

Xatırladaq ki, 10 yanvar 2023-cü ildə Sasseks hersoqu özünün "Spare" adlı xatirə kitabını nəşr edib. Şahzadə Harri bir barın həyətində bakirəliyini necə itirdiyini, Əfqanıstanda 25 nəfəri necə öldürdüyünü, həmçinin kral ailəsinin üzvləri arasındakı münaqişələrdən bəhs edib.

Kral III Çarlzın oğlunun 2020-ci ildə həyat yoldaşı Meqan Markl ilə birlikdə köçdüyü Amerikada onun narkotik istifadəsi ilə bağlı məlumatla maraqlanmağa başlayılbar.

Harri öz xatirələrində 17 yaşından narkotikdən istifadə etdiyini etiraf edib.

Tunar Altunbay