Finlandiya 9 Rusiya "kəşfiyyatçısını" ölkədən QOVUR

 18:48 06.06.2023     438

Finlandiya Rusiya səfirliyində işləyən 9 nəfəri ölkədən qovacaq.

Redaktor.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə Finlandiya hökumətinin ofisindən məlumat verilib.

"Finlandiya Rusiya səfirliyində işləyən və kəşfiyyat funksiyalarını yerinə yetirən 9 nəfəri ölkədən çıxaracaq. Onların hərəkətləri Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasıdır", - hesabatda deyilir.

Ölkənin hakimiyyət orqanları qərarları barədə Rusiya səfirini məlumatlandıracaqlar.

Bu qərar Finlandiya prezidenti ilə ölkə hökumətinin Xarici və Təhlükəsizlik Siyasəti Komitəsinin birgə iclası çərçivəsində qəbul edilib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən