Rusiyanın neft gəlirləri 50 faiz azalıb

 20:48 06.06.2023     274

2023-cü ilin yanvar-may aylarında Rusiya büdcəsinə 2,8 trilyon rubl (təxminən 3,5 milyard dollar) neft və qaz gəlirləri daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% azdır.

Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir.

Eyni zamanda, Maliyyə Nazirliyi qeyd edib ki,  Dövlətin Ehtiyat Fondunun vəsaitlərinin istifadəsi büdcə sisteminin neft və qaz gəlirlərindəki dalğalanmalara davamlılığını təmin edir.

Tunar Altunbay