Ukraynada daha 880 Rusiya hərbçisi, 1 qırıcı MƏHV EDİLDİ

 11:06 07.06.2023     739

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 212030 (+ 880) nəfər canlı qüvvəsi, 3873 (+13) tank, 7560 (+17) ədəd zirehli döyüş maşını, 3640 (+37) ədəd artileriya sistemi, 594 (+4) reaktiv yaylım atəşi sistemi, 352 (+1) hava hücumundan müdafiə sistemi, 314 (+1) təyyarə, 299 (+0) helikopter, 3219 (+7) PUA, 1171 (+0) qanadlı raket, 18 (+0) gəmi, 6349 (+17) avtomobil texnikası və avtosistern, 492 (+3) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2