Köçəryan və Sarqsyanın işi üzrə prokurorların istefasının səbəbi - Kabinetləri dinlənilib

 11:08 07.06.2023     383

Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarqsyanın işlərinin araşdırılmasında iştirak edən prokurorların istefaya getməsinə səbəb onların baş prokuror Anna Vardapetyanın mübahisə zamanı onların ünvanına “sərt” ifadələr işlətməsi olub. Eyni zamanda, prokurorların kabinetləri dinlənilib.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü “Joqovurd” qəzeti prokurorluğun məlumatına istinadən yazır.

Qəzet qeyd edir ki, bu söhbətlər nə dərəcədə reallığa uyğundur, bunu zaman göstərəcək, lakin dünəndən cımiyyətdə aktiv şəkildə şişirdilir.

“Joqovurd”un vəziyyətə münasibət bildirmək sorğusuna cavab olaraq Baş Prokurorluq belə məlumatı təkzib edib.

Xatırladaq ki, dünən baş prokurorun müavini Gevorq Baqdasaryan və Robert Köçəryanın işi ilə məşğul olan prokuror Petros Petrosyan, həmçinin Serj Sarqsyanın işinə nəzarət edən prokuror Arsen Martirosyan istefa veriblər.

Tunar Altunbay