Paşinyan Rusiyaya getdi

 11:30 07.06.2023     427

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla bildirir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

İşgüzar səfər iyunun 7-9-da davam edəcək.

Baş nazir Avrasiya Hökumətlərarası Şurasının, eləcə də MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclaslarında iştirak edəcək.

Bundan başqa, Nikol Paşinyan Avrasiya Konqresində iştirak edəcək.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən