Moskvada rus dilində danışmadığı üçün ingilisi döydülər

 12:11 07.06.2023     384

Moskvada bir barda rus dilini bilmədiyi üçün Britaniya vətəndaşı döyülüb.

Redaktor.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Əcnəbi dostları ilə Krasnoboqatırskaya küçəsindəki barda dincəlirmiş. Qonşu stolun rusca danışmaması qonaqlardan birinin xoşuna gəlməyib. Kiçik bir şifahi toqquşmadan sonra ingilis və yanındakılar tərk etmək qərarına gəliblər, lakin narazı rəqib onu izləyib, mübahisəni davam etdirib və gözünə yumruqla vurub.

Polis hadisə ilə bağlı araşdırma aparır. İngilisin dediyinə görə, polis onu vuranı tapmağa elə də həvəs göstərmir, hətta ona Rusiyada çalışanların rus dilini bilməli olduğunu deyib.

Xatırladaq ki, yanvar ayında Tümen vergi idarəsində Rusiya himninin gündəlik dinlənilməsi zamanı da dava düşüb. Belə ki, himnin səsləndirilməsi zamanı ayağa qalxmayan əcnəbi döyülüb.

Tunar Altunbay