İran İraqla sərhəd bölgələrə ağır hərbi texnika yığır - VİDEO

 12:51 07.06.2023     448

İran ordusu İraqla həmsərhəd Kürdüstan əyalətinə hərbi texnika yeridir.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı kadrlar yayıb.

Görüntülər Divandərə şəhərindəndir. Videoda ağır hərbi texnikaların yük maşını ilə daşınması əks olunub.