Ərdoğan Ukraynadakı hadisə ilə bağlı komissiya yaradılmasını təklif etdi

 16:29 07.06.2023     334

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə telefonda Kaxovskaya SES-in bəndi ətrafındakı vəziyyəti müzakirə edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

O, Kaxovskaya su elektrik stansiyasının bəndində baş verənləri araşdırmaq üçün BMT, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə komissiya yaradılmasını təklif edib.

Liderlər taxıl sövdələşməsini də müzakirə ediblər.

Turan İSMAYIL