Türkiyə Böyük Millət Məclisinin yeni sədri seçildi - FOTO

 20:24 07.06.2023     416

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

Redaktor.az  “TRT Haber”ə istinadla xəbər verir ki, səsvermə çərşənbə günü parlamentdə baş tutub.

Kurtulmuş səsvermənin üçüncü turunda seçilib.

Onun namizədliyini 600 deputatdan 321-i dəstəkləyib.

Qeyd edək ki, üçüncü turda qalib gəlmək üçün azı 301 səs tələb olunurdu.

Tunar Altunbay

Son dakika: Numan Kurtulmuş: TBMM Başkanlığı dilekçemi verdim