Rusiya Moldovanı HƏDƏLƏDİ

 20:39 07.06.2023     422

Dnestryanıda Rusiya sülhməramlılarını təhdid edən istənilən hərəkət Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək.

Redaktor.az TASS-a istinadla bildirir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin Dnestryanı ərazisində rus hərbçilərini hədələməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Rusiya silahlı qüvvələrinin "Dnestryanıda hərbçilərimizə qarşı hər hansı təxribata adekvat cavab verəcəyinə və öz soydaşlarımızın, Rusiya sülhməramlı kontingentinin, hərbi qulluqçuların və Kolbasna kəndindəki hərbi anbarların müdafiəsini təmin edəcəyinə heç kim şübhə etməməlidir. Onların təhlükəsizliyinə təhdid yaradan istənilən hərəkət beynəlxalq hüquqa uyğun olaraq Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək",- diplomat bildirib.

Zaxarova vurğulayıb ki, Rusiya Dnestryanı ətrafındakı vəziyyəti diqqətlə izləyir və sabitliyi pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edir. "Rusiya hərbçilərinin regionda yerləşdirilməsi ilə bağlı vəziyyət hamıya məlumdur. Onlar həmin ərazidə qanuni əsaslarla birgə sülhməramlı qüvvələrin və Rusiya qoşunlarının əməliyyat qrupunun tərkibindədirlər. Onların mövcudluğu birbaşa siyasi qüvvənin perspektivləri ilə bağlıdır. Dnestyanı probleminin həlli prosesində Rusiya vasitəçi və qarant rolunda çıxış edir”, - diplomat yekunlaşdırıb.

Tunar Altunbay