Almaniya Ukraynaya yeni hərbi yardım paketi verdi
Almaniya Ukraynaya yeni hərbi yardım paketi, o cümlədən, 8 ədəd “Bandvagn 206” - hər yerdə hərəkət edə bilən tırtıllı texnika təqdim edib.
Redaktor.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytı xəbər yayıb.
Hökumətin məlumatına görə, yardım paketinə həmçinin “Gepard” özüyeriyən zenit kompleksi üçün 2 000 ədəd sursat da daxildir.
Bundan əlavə, Almaniya 14 ədəd VECTOR kəşfiyyat dronu, 16 ədəd sərhəd maşını, 3 anti-dron sistemi, 2 ədəd “8x6 HX81” yük maşını, 2 ədəd qoşqu və 11 000 quru qida payı verib.
Ümumilikdə Almaniya Ukraynaya 64 ədəd “Bandvagn 206” tırtıllı maşın tədarük etmək niyyətindədir.