Mirzoyan Hakan Fidanı təbrik etdi

 23:40 07.06.2023     251

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.

Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Mirzoyan Fidanı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Tərəflər iki ölkə arasında münasibətlərin tənzimlənməsi istiqamətində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, Fidan bundan əvvəl Türkiyənin Milli Kəşfiyyat Xidmətinə rəhbərlik edib.