Nyu-York tüstüyə büründü - Mer sakinləri evdə qalmağa, maska taxmağa çağırdı

 09:40 08.06.2023     272

Kanadada baş verən irimiqyaslı meşə yanğınları nəticəsində tüstü cənuba doğru hərəkət edərək ABŞ-ın Nyu-York əyalətinə və Meksikaya qədər qonşu bölgələrə çatıb.

Redaktor.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Nyu-York meri Erik Adams şəhər sakinlərini evdə qalmağa və ya maska ​​taxmağa çağırıb.

Bundan əlavə, görmə qabiliyyətinin azalması səbəbindən hava limanına gələn uçuşları qısa müddətə dayandırıb və bölgədəki bəzi limanlar bağlanıb.

O əlavə edib ki, yaxın gələcəkdə şəraitin müvəqqəti olaraq yaxşılaşacağı proqnozlaşdırılır.

Məlumata görə, Kanadada genişmiqyaslı şiddətli yanğınları söndürmək üçün qüvvələr cəlb olunub.

Ümumilikdə Kanadada yanğınlar nəticəsində 30 mindən çox insan evlərini tərk edib. Bu il irimiqyaslı meşə yanğınları nəticəsində ölkədə artıq bir neçə milyon hektar ərazi yanıb.

Daha əvvəl bildirilmişdi ki, Kanadanın Şelburn rayonunda alovun hündürlüyü təxminən 100 metrə çatır.

Həmidə İBRAHİMLİ