Şimali Koreya lideri intiharı qadağan ETDİ

 09:50 08.06.2023     347

Şimali Koreya lideri Kim Çen In ölkə xalqına intihar etməyi qadağan edib və bunu “sosializmə xəyanət”lə eyniləşdirib.

Redaktor.az “Mirror”a istinadla xəbər verir ki, KXDR lideri intiharı qadağan edən mexanizmlərin hazırlanmasını tapşırıb.

Həmçinin KXDR-dəki mənbələrin məlumatına görə, Şimali Koreya vətəndaşları arasında intiharların sayı ötən illə müqayisədə 40 faiz artıb.

Həmin məlumatda deyilir ki, Şimali Koreyada insanların ağır həyatı səbəbindən çoxlu daxili iğtişaşlar var.

Bildirilir ki, göstəriş verilsə də, yerlərdə məsul şəxslər hələ də mövcud vəziyyətə uyğun həll yolu tapa bilməyiblər.

Arzu İSMAYIL