"Ukrayna müstəqil dövlət kimi yox olmaması üçün NATO-ya qəbul edilməlidir" - Stoltenberq

 10:00 08.06.2023     360

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ilə münaqişədə məğlub olacağı təqdirdə Şimali Atlantika Alyansına qoşulma ehtimalını dəyərləndirib.

Redaktor.az "Sputnik"ə istinadən xəbər verir ki ki, Brüsseldə keçirilən forumda o, hadisələrin bu cür inkişafı ilə bunun mənasının olmayacağını deyib.

“Ukraynanın Avropada müstəqil suveren demokratik dövlət kimi mövcud olmaq imkanı olmasa, onun NATO-ya üzvlüyünü müzakirə etməyə dəyməz. Bu gün Avropa ölkələri Ukraynanın müstəqil dövlət kimi yox olmasına yol verməmək üçün, onun NATO-ya qəbul edilməsi məsələsində birlik nümayiş etdirməlidirlər”,- deyə o qeyd vurğulayıb.

Bundan əvvəl Stoltenberq bildirib ki, Vilnüsdə keçiriləcək sammitdə Şimali Atlantika Alyansı ölkələri Kiyevə yardımı gücləndirəcək.

Onun sözlərinə görə, tədbir çərçivəsində qəbul olunacaq qərarlar əhəmiyyətli olacaq və Ukrayna qüvvələrinə NATO standartlarına yaxınlaşmağa imkan verəcək.

İyunun 5-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Şimali Atlantika Alyansının Kiyevi bloka üzvlüyünə yaxınlaşdıran lazımi qərarların olmadığı halda hərbi-siyasi məğlubiyyətə uğrayacağını proqnozlaşdırıb.

Tunar Altunbay